TƏBİB Laçında minaya düşən şəxsin son vəziyyətini AÇIQLADI

TƏBİB Laçında minaya düşən şəxsin son vəziyyətini AÇIQLADI

Hazırda oxunan: TƏBİB Laçında minaya düşən şəxsin son vəziyyətini AÇIQLADI

204933

Laçında mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Laçında mina partladı, xəsarət alan var


Bildirilib ki, avqustun 3-də Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyada əleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub.

Hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO