Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi öldü

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi öldü

Hazırda oxunan: Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi öldü

204888

Oğuz rayonunun Tayıflı kənd sakini meşədə işləyərkən üzərinə ağac aşıb.  

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən bildirir ki,  Tayıflı kənd sakini 36 yaşlı Fuad Bayramov meşəlik ərazidə iri gövdəli ağac kəsərkən təhlükəsizlik qaydalarına əməl etmədiyindən həyatı bahasına başa gəlib. 

Belə ki, o, ağacı kəsərkən onun hansı istiqamətə aşdığının fərqinə varmayıb. Nəticədə irigövdəli ağac onun üzərinə aşıb. 

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Fuad Bayramov Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisənin səbəbləri rayon prokurorluğunda araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO