Abituriyentin müraciəti əsaslı hesab edildi - 400 balı təsdiqləndi - FOTO

Abituriyentin müraciəti əsaslı hesab edildi - 400 balı təsdiqləndi - FOTO

Hazırda oxunan: Abituriyentin müraciəti əsaslı hesab edildi - 400 balı təsdiqləndi - FOTO

204871

Qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzində (DİM) apellyasiya müraciətlərinə baxılması prosesi davam edir.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, apellyasiya komissiyasına müraciət edib müsbət cavab alan abituriyentlərdən biri də Ayxan Salmanovdur.

Onun müraciəti əsaslı hesab edilib və blok imtahanında topladığı nəticə 3.5 bal artırılaraq maksimal 400 bala çatdırılıb.

Ayxan Salmanov buraxılış imtahanında 297.5 bal toplayıb və onun ümumi nəticəsi 697.5 bal olub.

Şəkinin Baş Zəyzid kənd tam orta məktəbini bitirən Ayxan Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO