Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı ümumilikdə 16 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:11 / 03.08.2024
Gəncədə dilənçilərə qarşı reyd - 16 nəfər saxlanıldı
Hazırda oxunan: Gəncədə dilənçilərə qarşı reyd - 16 nəfər saxlanıldı
Hazırda oxunan: Gəncədə dilənçilərə qarşı reyd - 16 nəfər saxlanıldı
204859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.