700 bal toplayan Şəki məktəblisi ADA Universitetinin rəhbərliyi ilə görüşdü - FOTO

700 bal toplayan Şəki məktəblisi ADA Universitetinin rəhbərliyi ilə görüşdü - FOTO

Hazırda oxunan: 700 bal toplayan Şəki məktəblisi ADA Universitetinin rəhbərliyi ilə görüşdü - FOTO

204838

Xəbər verdiyimiz kimi, Şəki şəhər 18 saylı orta məktəbin məzunu Zərifə İlyasova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zərifə bu günlərdə ADA Universitetində olub.

ADA universitetinin rektoru Hafiz Paşayev I qrup üzrə 700 bal toplayan Zərifə İlyasova ilə görüşüb. Rektor gələcək tələbəsi ilə bir çox məsələlərdə barədə fikir mübadiləsi aparıb. Bu təhsil ocağının fəaliyyətindən bəhs edib. Zərifə isə öz planlarından bəhs edib və ali məktəbin rektoru tərəfindən yüksək qarşılanmasına görə minətdarlığını bildirib.

Qeyd edək ki, Zərifə yüksək nəticə göstərəndən sonra Bizim.Media-nın yerli bürosu ilə söhbətində ADA universitetində təhsil almaq arzusunu dilə gətirmişdi.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO