Ağstafada 19 yaşlı gənci tanışı bıçaqladı

Ağstafada 19 yaşlı gənci tanışı bıçaqladı

Hazırda oxunan: Ağstafada 19 yaşlı gənci tanışı bıçaqladı

204830

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Huseyn Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, gəncin vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 19 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Məmmədovun saxlanılaraq istintaqa təhvil verildiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO