Ucarda ağır yol qəzası: 2 nəfər xəsarət aldı - FOTO

Ucarda ağır yol qəzası: 2 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Ucarda ağır yol qəzası: 2 nəfər xəsarət aldı - FOTO

204778

Ucarda baş verən ağır yol qəzasında 2 nəfər xəsarət alıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.Belə ki, "Mercedes" markalı avtomaşının sürücüsü Ucar rayonu  istiqamətində hərəkətdə olarkən həmin istiqamətdə hərəkətdə olan VAZ 2107 markalı avtomaşına çırpılıb.

Nəticədə VAZ 2107 yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb.Qəza zamanı VAZ-ın sürücüsü və "Mercedes"də olan sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb.Hazırda faktla bağlı araşdırma aparılır.










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO