Nərimanovda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı

Nərimanovda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı

Hazırda oxunan: Nərimanovda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı

204715

Nərimanov rayonu ərazisində “Hyundai” və “Volkswagen” markalı avtomobildən mobil telefonlar, içərisində bank kartları və sənədlər olan pul kisəsi, həmçinin 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən T.Mehdiyev və N.Əsgərov müəyyən olunaraq saxlanılıblar. 

Qeyd edilib ki, hər iki faktla bağlı araşdırmalar aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO