Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar” yaşayış massivinin sakinləri axşam 8-dən sonra evdən çölə çıxa bilmirlər.
Səbəb isə xüsusilə axşam və səhər saatlarında olan dəhşətli qoxudur.
Bizim.Media Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər üfunətin son günlərdə daha da şiddətli hal aldığını, hətta yayılan pis qoxuya görə bir neçə nəfərin səhhətinin pisləşdiyini bildiriblər.
Məsələ ilə bağlı Bakı Sukanal İdarəsinin rəisi Əlizadə Nəsirov "Xəzər Xəbər"ə açıqlama verib.
Onun sözlərinə görə, ərazidə yoxlama aparılıb və müəyyən edilib ki, həmin qoxunun neft boruları, Hövsan aerasiya stansiyası və ya Bakı Sukanal İdarəsinə məxsus kanalizasiya xətləri ilə heç bir əlaqəsi yoxdur.
Belə aydın olur ki, qoxunun mənbəyi yenə illərdir həll edilməyən Hövsan açıq kanalıdır. Məsələnin nə vaxt həll ediləcəyinə gəldikdə isə, bir müddət əvvəl “Azərsu” ASC-dən bildirilmişdir ki, Abşeron yarımadasının Baş planı olacaq. Həmin plana əsasən, bu açıq kanala tökülən tullantıların da qarşısı alınaraq kanalizasiya kollektorlarına yönləndiriləcək. Bunun üçün də hökmən o ərazilərdə kanalizasiya infrastrukturu yaradılacaq.
Ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:16 / 02.08.2024
Bu qəsəbənin sakinləri axşamlar evdən çölə çıxa bilmirlər - VİDEO
Hazırda oxunan: Bu qəsəbənin sakinləri axşamlar evdən çölə çıxa bilmirlər - VİDEO
Hazırda oxunan: Bu qəsəbənin sakinləri axşamlar evdən çölə çıxa bilmirlər - VİDEO
204672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.