Paris-2024: Slovakiya komandası qarət edildi

Paris-2024: Slovakiya komandası qarət edildi

Hazırda oxunan: Paris-2024: Slovakiya komandası qarət edildi

204659

Slovakiyanın velosiped komandası Olimpiya kəndində oğurluğun qurban olub.

Bizim.Media xəbər verir ki, onların avadanlıqları yoxa çıxıb.

“Slovakiya nümayəndə heyətinin vəsaitləri bazar ertəsi gündüz saatlarında oğurlanıb.

Hadisə Sen-Denidəki Olimpiya kəndində baş verib”, – deyə yerli jurnalist Amauri Brelet polisdəki mənbəyə istinadən sosial media hesabında yazıb. İdmançılardan 10 ədəd velosiped təkəri, ehtiyat hissələri və bir neçə açar oğurlanıb. Zərərin məbləği 2,3 min avro olaraq qiymətləndirilir. Komandanın baş məşqçisi polisə şikayət edib. Bütün avadanlıq kilidi sındırılmış şkafda saxlanılırdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO