Bakıda bir küçəyə avtobus zolağı çəkildi - FOTO

Bakıda bir küçəyə avtobus zolağı çəkildi - FOTO

Hazırda oxunan: Bakıda bir küçəyə avtobus zolağı çəkildi - FOTO

204632

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

AYNA-dan Bizim.Media-ya verilən xəbərə görə, görülən işlər çərçivəsində Cəfər Cabbarlı küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişmədən Əlibəy Hüseynzadə küçəsi ilə kəsişməyədək) hərəkət zolaqlarının təşkili yekunlaşdırılıb.
 

Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.


Məlumat üçün bildiririk ki, Cəfər Cabbarlı küçəsində 7 müntəzəm marşrut xətti üzrə 102 ümumi istifadədə olan avtobus fəaliyyət göstərir ki, həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 75000-dən çox sərnişin daşınır.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO