Qərbi Azərbaycan Televiziyası 1 yaşını qeyd edir – VİDEO

Qərbi Azərbaycan Televiziyası 1 yaşını qeyd edir – VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Televiziyası 1 yaşını qeyd edir – VİDEO

204618

Bu gün Qərbi Azərbaycan Televiziyasını yaradılmasından bir il ötür.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Televiziyasında videosüjet hazırlanıb.

Televiziyanın bir illik fəaliyyəti ilə bağlı fikirlərini bölüşən Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri - mətbuat katibi Ülviyyə Zülfiqar bu dövr ərzində görülən işlərdən söz açıb.

O, Qərbi Azərbaycan Televiziyasının fəaliyyətinə verdiyi dəstəyə görə “Bizim.Media” informasiya portalına da öz təşəkkürünü bildirib.

Qeyd edək ki, 2023-cü il avqustun 1-də yaradılan Qərbi Azərbaycan Televiziyası əvvəlcə onlayn şəkildə fəaliyyət göstərib. “Müzakirə vaxtı”, “Xəbər vaxtı”, Maddi-mədəni irsimizə aid buraxılışlarla efirə çıxan televiziya 2024-cü il mayın 1-də İcma tərəfindən yeni təmirdən çıxmış binaya köçdükdən sonra efir siyasətini də dəyişib. Həmin tarixdən etibarən kanal gündə iki saat olmaqla Azərbaycan, rus və ingilis dillərində buraxılışlar və verilişlər yayımlamağa başlayıb. Efir cədvəlinə “Ulu Öndər və Qərbi Azərbaycan”, “Qərbi Azərbaycana doğru”, “Addım-addım Qərbi Azərbaycan”, “İnsanlıq əleyhinə”, “Ziyalı”, “Ədəbi İrəvan”, “Deportasiyaya uğrayan İrs”, “Qərib Qərbi azərbaycanlılar”, “İnsan hekayəsi”, “Qərbi Azərbaycan ləzzətləri” kimi verilişlər əlavə olunub.

Televiziya “Xəbər vaxtı” və “Müzakirə vaxtı” kimi verilişlərdə ölkənin gündəlik həyatında baş verən mövzulara aktiv şəkildə toxunmaqla əsasən Qərbi Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO