Sürücülərin NƏZƏRİNƏ – Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sürücülərin NƏZƏRİNƏ – Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ – Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ

204616

Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırma 2 avqust saat 00:00-dan 5 avqust saat 06:00-dək davam edəcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO