Dövrün TƏLƏBİ – Məktəblərdə süni intellektlə bağlı fənnin tədrisi NİYƏ VACİBDİR?

Dövrün TƏLƏBİ – Məktəblərdə süni intellektlə bağlı fənnin tədrisi NİYƏ VACİBDİR?

Hazırda oxunan: Dövrün TƏLƏBİ – Məktəblərdə süni intellektlə bağlı fənnin tədrisi NİYƏ VACİBDİR?

204602

Süni intelekt bütün dünyanı ağuşuna alıb. Bu istiqamətdə bir çox tədqiqatlar aparılır, hər gün həyatımızın fərqli sahələrində süni intelektin istifadə edilə biləcəyini öyrənirik. Texnologiyanın insan əməyini belə əvəz etməyə başladığı bu dövrdə sözügedən sahənin mütəxəssislərinə olan ehtiyac da günbəgün çoxalır. 

Bir çox ölkələrdə süni intellektlə bağlı fənnlər və ixtisaslar tədris edilir. Azərbaycanda isə bu sahənin kütləvi tədrisinə rast gəlinmir.

Süni intelekt fənninin zəruriliyi

Təhsil eksperti Elmin Nuri Bizim.Media-ya bildirib ki, Azərbaycanda da süni intelekt fənninin tədrisinə ehtiyac var:  



“Süni intelekt bu gün artıq həyat tərzidir. Həyat tərzinin hər hansısa bir fənn şəklində şagirdlərimizə tədris olunması dövrün qanunauyğunluğudur. Bu gün həyatımızın müxtəlif sahələrini idarə edən süni intelekt alətləri var. 

Süni intelekt alətləri, robotexnika hazırda çox sürətli inkişaf edir. Onun inkişafına ayaq uydurmaq, baxış tərzini, gələcək üçün müsbət və mənfi cəhətlərini öyrənmək, süni intelektdən düzgün istifadə metodlarını mənimsəmək üçün mütləq bu fənn ayrıca keçirilməlidir. 

“Biz artıq gecikirik”

Elmin Nurinin fikrincə, Elm və Təhsil Nazirliyi süni intellektin tədrisi ilə bağlı komissiya təşkil etməlidir: 

“Həmin komissiya məktəblərdə süni intelektlə bağlı bir qərar verməli və gecikdirmədən proqramı da ərsəyə gətirməlidirlər. Əmin olun ki, artıq gecikirik. Orta məktəblərdə, heç olmasa, elementar bazalarla, səthi biliklərlə də olsa, süni intelekt fənni tədris edilməlidir”.

Bəs Azərbaycanda süni intelektlə bağlı biliklər nə zaman tədris oluna bilər?

Təhsil eksperti Böyükağa Mikayıllının fikrincə, məktəblərdə süni intelektin tədrisinə start verilməsi hələ çox zaman alacaq.

“Belə bir fənnin tədris olunması üçün ilk növbədə bunu tədris edəcək kadrlar hazırlanmalıdır. Proses birinci ali məktəbdən başlamalıdır. Ali məktəblərdə bu sahənin peşəkarlarını yetişdirmək, pedoqoji kadr hazırlamaq lazımdır. Bunu ekspertlər deyil, universitetdə professor-müəllim heyəti keçirməlidir. Hazırda isə ali məktəblərdə süni intellekt tədris edə bilər professor müəllim heyəti yox dərəcəsindədir”. 



QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması - bəndinə uyğun olaraq hazırlanıb.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO