Bakı şəhəri, Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: “Vasmoy” bazarının yaxınlığında YANĞIN BAŞLADI – FOTO/VİDEO
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətin əməkdaşlarının çevikliyi nəticəsində yanğın məhdudlaşıdırılıb, genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb:
"Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür"-deyə qeyd olunub.
Bizim.Media