Oğuzda qonaq getdikləri evdən telefon oğurlayan şəxslər SAXLANILDI – FOTO

Oğuzda qonaq getdikləri evdən telefon oğurlayan şəxslər SAXLANILDI – FOTO

Hazırda oxunan: Oğuzda qonaq getdikləri evdən telefon oğurlayan şəxslər SAXLANILDI – FOTO

204578

Oğuzda evdən bir neçə mobil telefonun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlərlə oğrulquda şübhəli bilinən paytaxt sakinləri - Ruslan Həziyev və Xanım Mövsümlü saxlanılıblar. 

Araşdırmalar zamanı məlum olub ki, onlar zərərçəkmişin evində bir neçə gün qaldıqdan sonra mobil telefonları da götürərək həmin ünvandan xəbərsiz gediblər. Saxlanılan R.Həziyev ev sahibinə özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.

Faktla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO