Rus sektorunda məktəbəhazırlıq qruplarına QƏBUL BAŞLAYIR

Rus sektorunda məktəbəhazırlıq qruplarına QƏBUL BAŞLAYIR

Hazırda oxunan: Rus sektorunda məktəbəhazırlıq qruplarına QƏBUL BAŞLAYIR

204560

Məktəbəhazırlıq qruplarına elektron qəbul prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, bu gün saat 11:00 dan sentyabrın 13-ə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.

Qeyd edilən tarixdən sonra rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı “mektebeqebul.edu.az” saytında təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO