Gəncədə avtomobil yolda qazılmış xəndəyə DÜŞÜB - FOTO/VİDEO

Gəncədə avtomobil yolda qazılmış xəndəyə DÜŞÜB - FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə avtomobil yolda qazılmış xəndəyə DÜŞÜB - FOTO/VİDEO

204515

Gəncədə gecə saatlarında avtomobil yolda qazıntı işləri zamanı qazılan xəndəyə düşüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Üzeyir Hacıbəyli küçəsində “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Nadir Hüseynov idarəetməni itirərək su borusunun təmiri məqsədilə qazılan xəndəyin içərisinə düşüb. 

Qəza nəticəsində maşın ciddi zədələnsə də xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Avtomobilin sürücüsünün sözlərinə görə, yolda xəndəyin qazılması ilə bağlı heç bir xəbərdaredici nişan olmayıb:

“Mən qanuni sürətimlə gəlirdim. Heç bir xəbərverici nişan qoymayıblar ki, sürücü heç olmasa, 15-20 metrdən qabaq xəbərdar olsun. Bir dənə qırmızı rəngli, yol kəsmək üçün nəzərdə tutulan bir kapron qoyublar, onu da düz xəndəyin qarşısında. Mən artıq ona çatanda gec idi. Aşdım xəndəyin içinə. Avtomobilim tamam yararsız hala düşüb”. 

Sürücü qeyd edib ki, bu, bir həftə ərzində artıq 3-cü hadisədir:

“Niyə aidiyyəti qurumlar bir ölçü götürmür bu məsələ ilə bağlı? Gərək elə kimsə düşə maşınla xəndəyə, ondan sonra gəlib düzəldələr. Yeri qazırlar həftələrlə elə qoyub gedirlər”. 

Nadir Hüseynov bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək:

“Mənim avtomobilimə dəyən ziyanı ödəsinlər”.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.







Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO