Xəbər verdiyimiz kimi, cüdoçumuz Hidayət Heydərov Fransanın paytaxtı Paris şəhərində keçirilən olimpiya oyunlarında qazandığı tarixi qələbəni ölkəmizdə hər kəs böyük sevinc və qürur hissi ilə qarşılayıb.
Günlərdir qələbəsi ilə dünyanı lərzəyə gətirən həmyerlimiz Hidayət Heydərovun qələbə sevincini paylaşmaq üçün onun doğulduğu Göyçayın Alxasava kəndinə yollandıq. Lakin təəssüflər olsun ki, kənd yollarını keçməkdə xeyli əziyyət çəkdik.
MÖVZU İLƏ BAĞLI:
Hidayət Heydərov Olimpiya çempionu nişanı alacaq
Nəhayət, gedib çıxdıq Alxasavaya.
Öyrəndik ki, sakinlər Hidayətin final görüşünü izləmək üçün kənd meydanında böyük monitor quraşdırıblar. Onlar yarışın gedişatını və qələbə ilə bitən sonluğunu anbaan izləyiblər.
Alxasavalılar həmkəndlilərinin qələbə təəssüratlarından da söz açıblar.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:
Bizim.Media, Aran bürosu