Naxçıvan televiziyasından AÇIQLAMA

Naxçıvan televiziyasından AÇIQLAMA

Hazırda oxunan: Naxçıvan televiziyasından AÇIQLAMA

204446

“Naxçıvan televiziyasında dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı”nın müzakirəsi barədə Azərbaycan Respublikası Hesablama Palatasının mediaya açıqlamasının bir sıra sayt və sosial şəbəkələrdə təhrif edilmiş və dəqiqləşdirilməmiş formada təqdim edilməsi təəssüf doğurur”.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən “Nuhçıxan.az”a daxil olan məlumatda bildirilir.

Açıqlamada daha sonra deyilir:

“Palatanın da açıqlamasından göründüyü kimi, auditor hesabatında hər hansı miqdarda dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir. Açıqlamada konkret göstərilir ki, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsi əsas tələbdir.

Bildiririk ki, normativ-hüquqi aktlardakı uyğunsuzluqlar, bir sıra hallarda mükafat və məzuniyyət haqlarının əməkdaşlara ödənilməsində, istismar müddəti başa çatmış yayım və çəkiliş avadanlıqlarının, balansda olan aktivlərin inventarizasiya, amortizasiyası barədə ilkin sənədlərin tərtibində əməkdaşlar tərəfindən yol verilən nöqsanlar cinayət tərkibi əlamətlərini ehtimal etdiyindən Hesablama Palatası səlahiyyətləri çərçivəsində müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul edib. Və bu da təbii hüquqi prosedurdur.
 

Palatanın bu ehtimalının bir sıra saytlarda mənimsəmə kimi təqdim edilməsi qətiyyən yolverilməzdir və qeyri-peşəkarlıq əlamətidir.


Bildiririk ki, Naxçıvan Teleradiosu ölkəmizin ən mühüm, qədim mədəniyyət ocaqlarından biridir və cəmiyyətin güzgüsü olan bu media qurumunda şəffaflıq əsas prioritetdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO