Laçında vəfat edən hərbçilərimizlə bağlı YENİ DETALLAR

Laçında vəfat edən hərbçilərimizlə bağlı YENİ DETALLAR

Hazırda oxunan: Laçında vəfat edən hərbçilərimizlə bağlı YENİ DETALLAR

204436

Laçında həyatını itirən hərbi qulluqçularımızın doğulduğu rayonlar bəlli olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, çavuş Emin Oqtay oğlu Şahmarlı Füzuli, kapitan Asif Qəhrəman oğlu Emnalıyev Şamaxı, çavuş Tural Maşallah oğlu Səmədov Göygöl, gizir Fərid Famil oğlu Cəbrayılov isə Kürdəmir rayonunda anadan olub.

Qeyd edək ki, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO