Türkiyəli aktyor vida mesajı yazaraq vəfat etdi - FOTO

Türkiyəli aktyor vida mesajı yazaraq vəfat etdi - FOTO

Hazırda oxunan: Türkiyəli aktyor vida mesajı yazaraq vəfat etdi - FOTO

204408

Məşhur türkiyəli teatr və kino aktyoru Genco Erkal vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Haber Global" telekanalı yayıb.

Məlumata görə, bir müddətdir qan xərçəngi ilə mübarizə aparan Genco Erkal 86 yaşında dünyasını dəyişib.
 

Aktyorun istifadə etdiyi Dostlar Teatrının rəsmi sosial media hesabında gecə saatlarında vida mesajı paylaşılıb.


"Əlvida dostlarım, əlvida! Sizi canımda, canımın içində, mübarizəmi isə başımda aparıram. Əlvida, dostlarım mənim... Şəkillərdəki quşlar kimi sahildə düzülüb mənə dəsmal yelləməyin… İstəmərəm.. Tək hecasız əlvida…" - deyə paylaşımda yazılıb.

Həmçinin Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da "X" hesabında Genco Erkalın ölümü ilə bağlı paylaşım edib.

"Ustad teatr və kino aktyoru Genco Erkalın vəfatını dərin bir kədərlə öyrəndim. Mərhuma Allahdan rəhmət diləyirəm, ailəsinə, yaxınlarına və bütün sənət ictimaiyyətinə başsağlığı verirəm", - deyə nazir bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO