Son bir ayda 1184 hektardan çox ərazi minalardan təmizləndi

Son bir ayda 1184 hektardan çox ərazi minalardan təmizləndi

Hazırda oxunan: Son bir ayda 1184 hektardan çox ərazi minalardan təmizləndi

204393

Cari ilin iyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Cari ilin iyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Ümumilikdə 13045 ədəd partlamamış hərbi sursat, 3318 ədəd tank əleyhinə mina və 10463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.

İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən, yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO