Keçid ballarında dəyişiklik ola bilər – RƏSMİ

Keçid ballarında dəyişiklik ola bilər – RƏSMİ

Hazırda oxunan: Keçid ballarında dəyişiklik ola bilər – RƏSMİ

204380

"Keçid ballarında dəyişiklik gözlənilir, lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq".

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, gələn həftə Abituriyent 4 jurnalını çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq".

V.Misirov qeyd edib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 9-da başlayacaq və avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq".

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO