“Azərbaycan Olimpiya Evi”ndə idmançılarımızla görüş keçirildi - FOTO

“Azərbaycan Olimpiya Evi”ndə idmançılarımızla görüş keçirildi - FOTO

Hazırda oxunan: “Azərbaycan Olimpiya Evi”ndə idmançılarımızla görüş keçirildi - FOTO

204357

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən “Azərbaycan Olimpiya Evi”ndə ölkəmizi sevənlər və idmançılarımızı dəstəkləyən müxtəlif xalqların, beynəlxalq təşkilatların nümayəndələri ilə Azərbaycan idmançılarının görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının Prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri, “Paris-2024” Oyunlarında ölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər tədbirdə iştirak ediblər.
 

Tədbir iştirakçıları arasında Olimpiya Oyunlarının qızıl medalını qazanmış Hidayət Heydərov diqqət mərkəzində idi. Tədbir iştirakçıları çempionla söhbət etməyə can atırdılar.


İdmançılarımızla görüşə gəlmiş Marselen Dali (Marcellin Dally) beynəlxalq təşkilatın rəsmisi olsa da, tədbirdə məhz Azərbaycanın dostu kimi iştirak etdiyini bildirib. Dali idmançılarımıza yeni qələbələr arzulayıb.

Tədbir çərçivəsində “Azərbaycan Olimpiya Evi”nin qonaqlarına ölkəmizin Olimpiya tarixi, mədəniyyəti, eləcə də Olimpiya Oyunlarında iştirak edən idmançılarımızdan bəhs edən nəşrlər nümayiş etdirilib və iştirakçılara hədiyyə olunub.

Qonaqlar həmçinin Azərbaycan Olimpiya evində quraşdırılmış monitorda Olimpiadanın 3x3 basketbol yarışlarında Azərbaycan-İspaniya oyununu birlikdə izləyiblər.

Tədbirin bədii hissəsində müğənni Mərdan Kazımov və qrupu milli musiqi nümunələrimizi təqdim edib. Tədbir iştirakçıları musiqi qrupu ilə birlikdə “Yaşa Azərbaycan!” mahnısını ifa ediblər. Olimpiya və Avropa çempionlarımızın birlikdə səsləndirdiyi ”Biz çempionuq” (We are champions) mahnısı alqışlarla qarşılanıb.

“Azərbaycan Olimpiya Evi” XXXIII Yay Olimpiya Oyunları müddətində fəaliyyət göstərəcək və burada idmançılarımızın qələbələri qeyd olunacaq.

Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növündə təmsil olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO