“ASAN xidmət” mərkəzlərində seçici statusu elektron qaydada müəyyənləşdiriləcək

“ASAN xidmət” mərkəzlərində seçici statusu elektron qaydada müəyyənləşdiriləcək

Hazırda oxunan: “ASAN xidmət” mərkəzlərində seçici statusu elektron qaydada müəyyənləşdiriləcək

204295

2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsi üçün “ASAN xidmət” mərkəzlərində mütərəqqi və effektiv bir vasitənin tətbiqi davam etdirilir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, İnnovativ həll Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində həyata keçirilir.
 

Bildirilib ki, vətəndaşlar Mərkəzlərdə olan “ASAN növbə” terminallarındakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.


Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur.

Gün ərzində “ASAN xidmət”ə 40000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO