300-dən çox avtobusun hərəkət istiqaməti dəyişdirildi - FOTO

300-dən çox avtobusun hərəkət istiqaməti dəyişdirildi - FOTO

Hazırda oxunan: 300-dən çox avtobusun hərəkət istiqaməti dəyişdirildi - FOTO

204276

Bu gündən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir. 

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. 

Məlumata görə, nəticədə Mərkəzdən Heydər Əliyev prospekti, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə düşüb. Sözügedən istiqamət üzrə 31 marşrut üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir. 

Həyata keçirilən dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradır. 

Əvvəllər avtobuslar Heydər Əliyev prospektindən “Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirdi. Avtobuslar "Koroğlu" NMM-dən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1 800 metrdən çox məsafə qət edirdi. 

Layihənin icrası nəticəsində 300-dən çox avtobusun Heydər Əliyev prospektinə daxil olmasının qarşısı alınacaq. Bu da öz növbəsində ərazidə sıxlığın azalmasına öz töhfəsini verəcək. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO