21 ailəlik köç karvanı Şuşaya çatdı, açarlar təqdim edildi - FOTO

21 ailəlik köç karvanı Şuşaya çatdı, açarlar təqdim edildi - FOTO

Hazırda oxunan: 21 ailəlik köç karvanı Şuşaya çatdı, açarlar təqdim edildi - FOTO

204261

İyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb.  

Bizim.Media xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 79 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 147 ailə (570 nəfər) mənzillə təmin edilib.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO