Xızıdakı istirahət mərkəzində yanğın oldu

Xızıdakı istirahət mərkəzində yanğın oldu

Hazırda oxunan: Xızıdakı istirahət mərkəzində yanğın oldu

204240

Xızıda istirahət mərkəzində yanğın olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Yarımca kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 115 m² olan mansard tipli kotecin yanar konstruksiyaları 45 m² sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xatırladaq ki, bir neçə gün əvvəl Qəbələ rayonunun Zarağan kəndində orta məktəb yanıb.

Bildirilib ki, ümumi sahəsi 2300 m² (hər mərtəbəsi 1150 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO