Gecə və səhər əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

Gecə və səhər əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

Hazırda oxunan: Gecə və səhər əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

204232

İyulun 30-u saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 29-u axşam saatlarından tədicən kəsilib. İyulun 30-da gecə və səhər əsasən yağmursuz keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, düşən yağıntının miqdarı Göygöldə 29 mm, Şəmkirdə 23 mm, Şəkidə 14 mm, Gəncədə 12 mm, Goranboyda 9 mm, Naftalan, Daşkəsən, Qax, Tərtər, Gədəbəy, Lerik, Cəfərxan, Oğuz, Qəbələ, Zaqatala, Tovuzda 7 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. 

İyulun 29-da şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 18 m/s-yə çatıb. 

Şəmkir, Daşkəsən, Göygöl, Göyçay, Qax, Lerik, Cəfərxanda duman müşahidə olunub. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 18-22 dərəcə isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO