Məktəblilərimiz Beynəlxalq Olimpiadalarda uğur qazandılar – FOTO

Məktəblilərimiz Beynəlxalq Olimpiadalarda uğur qazandılar – FOTO

Hazırda oxunan: Məktəblilərimiz Beynəlxalq Olimpiadalarda uğur qazandılar – FOTO

204217

Məktəblilərimiz 4-cü Avropa Qızlar İnformatika Olimpiadasında və Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.  

Bildirilib ki, 21–27 iyul tarixlərində Niderland Krallığının Veldhoven şəhərində (EGOI 2024) təşkil edilən  4-cü Avropa Qızlar İnformatika Olimpiadasında məkətblilərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. 

Belə ki, 56 ölkədən 194 məktəbli qızın iştirak etdiyi olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin X sinif şagirdi Ayan Kərimova həvəsləndirici mükafata layiq görülüblər. 

Digəri isə 21–29 iyul tarixlərində İran İslam Respublikasının İsfahan şəhərində keçirilmiş (IPhO 2024) Olimpiadada məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər. 

Bildirilib ki, nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş və 1 bürünc medal, 2 həvəsləndirici mükafat əldə ediblər.  

Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli gümüş medala, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad İsmayılov bürünc medala, “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdi Rəvan Nəcəfli və akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Adil Səttarov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.  

Qeyd edək ki, İsfahan Texnologiya Universitetində təşkil olunmuş olimpiadada 46 ölkədən 230 məktəbli bilik və bacarığını sınayıb. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO