Qərb bölgəsində 3 gündür davam edən aramsız yağışlar Göygöl rayonunun Aşıqlı kəndində də bir sıra fəsadlar yaradıb. Yol kənarında yerləşən 4 evin həyatyanı sahəsi yağış suları altında qalıb.
Bundan başqa, kənd ərazisində 10-a yaxın evin də həyatyanı sahəsi və zirzəmilərinə su dolub.
MÖVZU İLƏ BAĞLI:
Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alındı
Müvafiq qurumlar tərəfindən əraziyə gətirmiş nasoslar vasitəsilə yağış sularının kənarlaşdırılması işləri aparılır.
Daha ətraflı Bizim.Media-nın videoreportajında:
Məqsəd Rəhimov, Raul İbrahimxəlil, Bizim.Media, Göygöl