Astara rayon sakini Röyal Mirzəyevin 2009-cu ildə kreditlə aldığı mobil telefonu 15 ildən sonra onun üçün problemə çevrilib.
Bizim.Media xəbər verir ki, Röyal Mirzəyev 2009-cu ildə rayonda mobil telefon satışı ilə məşqul olan mağazaların birindən 12 ay müddətinə kredit yolu ilə telefon alıb.
Krediti vaxtı-vaxtında ödədiyini deyən Röyal Mirzyev bir müddət əvvəl xəbər tutub ki, illər öncə istifadə etdiyi telefonun borcu ödənilməyib. Bu səbəbdən də onun mobil telefonuna görə banka borcu yaranıb. Bank da Röyal Mirzyevi yaranmış borca görə Astara Rayon Məhkəməsinə verib.
Röyal Mirzəyev iddia edir ki, o, 2009-cu ildə hər ay müqavilə şərtlərinə uyğun telefonun kreditini mağazaya ödəyirmiş.
Zərərçəkmiş deyir ki, məsələ ilə bağlı Astara Rayon Məhkəməsində proses baş tutub. Röyal Mirzəyev məhkəmənin keçirilməsindən xəbərsiz olduğunu və onun iştirakı olmadan qərar qəbul edildiyini deyir.
Mobil telefona görə banka 787 manat borcu olan şikayətçi deyir ki, o, bu işdə tək deyil. Həmin telefon mağzasını işlədən sahibkar onunla yanaşı 30-a yaxın vətəndaşın mağazadan aldıqları mobil telefon üçün ödədikləri kredit məbləğini banka ödəməyib.
Hazırda rayon ərazisində eyni adda mobil telefon dükanı fəaliyyət göstərmir. Həmin adıçəkilən şəxslərlə isə əlaqə saxlamaq mümkün olmadı.
Qeyd edək ki, bu gün Röyal Mirzəyev xəbər tutub ki, adına yaranan borca görə Astara Rayon Məhkəməsi borcu onun ödəməsi ilə bağlı qərar qəbul edib.
Hüquqşünaslar bildirirlər ki, vətəndaş qərardan narazıdırsa, mütləq Apellyasiya Məhkəməsinə müraciət etməlidir. Sübutlar təqdim edilsə, ödəniş ondan tələb olunmaya bilər.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:37 / 30.07.2024
Kreditlə alınan mobil telefon 15 ildən sonra problemə çevrilib - VİDEO
Hazırda oxunan: Kreditlə alınan mobil telefon 15 ildən sonra problemə çevrilib - VİDEO
Hazırda oxunan: Kreditlə alınan mobil telefon 15 ildən sonra problemə çevrilib - VİDEO
204183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.