Satışda təhlükəli dondurmalar var – “Tərkibində nə olduğu bilinmir” – Ekspert AÇIQLADI

Satışda təhlükəli dondurmalar var – “Tərkibində nə olduğu bilinmir” – Ekspert AÇIQLADI

Hazırda oxunan: Satışda təhlükəli dondurmalar var – “Tərkibində nə olduğu bilinmir” – Ekspert AÇIQLADI

20417

“Dondurma alarsan mənə?” Havalar isinən kimi uşaqlarımızın bizə ən çox verdiyi sual bu olur. Amma ehtiyyatlı olun! Çünki satışda saxlama müddəti uzadılmış keçən ildən qalan dondurmalar var. Konkret təhlükə mənbəyidir, köhnə dondurmalarda toplanan bağırsaq çöpləri zəhərlənməyə yol açır, mədə-bağırsaq pozulmasına səbəb olur.

Bundan başqa dondurmaların böyük bir qismi keyfiyyətsiz və saxtadır. Çoxlarımız orqanizimimizdə hansı fəsadlar törətməsinin fərqində olmadan onları yeyirik. Daha çox saxta dondurmaların uşaq orqanizminə ziyan vura biləcəyi qeyd olunur.

Dondurmaları ziyanlı edən əsas amillərdən biri isə onların tərkibinə vurulan bitgi yağlarıdır. Hesab olunur ki, dondurmada yağlılıq 3 faizdən az olmamalıdır. Digər tərəfdən isə ölkəmizdə satılan dondurmaların əksər hissəsi quru süddən hazırlanır. 

Saxlanma müddətinin uzadılması onların ziyanlarını artırır. Əslində isə ekspertlər dondurmaların satışda xüsusi şəraitdə 5 gün saxlanılmalı olduğunu qeyd edirlər. Halbuki, Azərbaycanda satışda bəzən saxlanılma müddəti 1 ilə qədər olan dondurmalar olur. Onda bu dondurma deyil, bir başa canımıza zəhərdir.  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Bizim Media-ya açıqlamasında Azərbaycanda satılan dondurmaların böyük bir qisminin keyfiyyətsiz olduğunu deyib: 

“Biz monitorinq zamanı Azərbaycanda fəaliyyət göstərən bu qədər dondurma istehsalçılarından yalnız birinə qida təhlükəsizliyi nişanı vermişik”.

Birlik sədri qeyd edib ki, Azərbaycana xaricdən də çoxsaylı dondurmalar gətirilir: 

“Xaricdən gətirilmiş dondurmaların Azərbaycan istehsalı adı altında təqdim edilməsi və ya əksinə olan hallara rast gəlirik. Dondurmanı dilin üstünə qoyduqda qaymaq dadı verməlidir. Amma bəzən onlar acı dadır, bu o deməkdir ki, onların tərkibinə kərə yağının əvəznə bitgi yağı, əksər hallarda isə vaxtı keçmiş bitgi yağı qarışdırılır. Ucuz olsun deyə dondurmaların tərkibi düzgün seçilmir”.

Eyyub Hüseynov qeyd edib ki, meyvəli dondumalarla bağlı daha ciddi problemlər ortaya çıxır: 

“Onlardan daha çox qida zəhərlənmələri baş verə bilər. Əgər dondurmalar əzilibsə, deməli onlar əriyib və yenidən dondurulub. Belə dondurmalar təhlükəli və çirklənmiş dondurmalar hesab olunur. Ddondurma istehsalı ilə məşğul olan bütün subyektlər – eləcə də onu daşıyan və satanlar Qida Təhlükəsizliyi Agentliyində reysterə daxil olmalıdır və Agentlik onlara nəzarət etməlidir. Təəssüf ki, bu məsələyə heç əhəmiyyət verən yoxdur”. 

Eyyub Hüseynov tövsiyyə edir ki, istehlakçılar xüsusilə yerli istehsal olan və saxlama müddəti az olan dondurmalara üstünlük versinlər. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO