Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alındı

Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alındı

Hazırda oxunan: Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alındı

204135

Son illər dünyada anomal təbiət hadisələrinin sayında artım müşahidə olunur. Şübhəsiz bu da dünyada baş verən iqlim dəyişikliyi ilə bağlıdır. 
  
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib. 
 

Bildirib ki, ölkəmizdə də belə anomal təbiət hadisələrinin sayı artıb. Belə ki, son illər havanın temperaturunun normadan artıq olması, eyni zamanda yağıntıların miqdarında, sel və daşqınların sayında artım özünü daha çox biruzə verir. 


“Son bir neçə gündür ki, ölkəmizdə iyul ayına xas olmayan qeyri-sabit hava şəraiti hökm sürür. Əksər bölgələrdə, xüsusən Daşkəsən-Gədəbəy, Qazax–Gəncə, Balakən-Şəki, Lənkəran-Astara bölgələrində intensiv yağış yağıb. Leysan xarakterli yağış nəticəsində ölkənin bir çox çaylarından sel keçib. Son iki gün ərzində yağan intensiv yağış nəticəsində Gəncəçayda suyun səviyyəsi artıb ki, bu da son illər ərzində maksimal göstəricidir”, - o, qeyd edib. 
 
N.Mahmudov onu da əlavə edib ki, son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur:

“Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınmışdısa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb”. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO