Azərbaycanlı gənc ABŞ universitetində 420 minlik təqaüd qazandı

Azərbaycanlı gənc ABŞ universitetində 420 minlik təqaüd qazandı

Hazırda oxunan: Azərbaycanlı gənc ABŞ universitetində 420 minlik təqaüd qazandı

204128

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin kimya mühəndisliyi ixtisasının builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən Amerikanın Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya qəbul olub.

Bizim.Media xəbər verir ki, bu barədə BMU-dan bildirilib.

Nüfuzlu ali təhsil ocağında kimya mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirəcək BMU məzununun qazandığı təqaüdün məbləği isə 420 000 ABŞ dolları məbləğindədir.
 

BMU-da təhsil aldığı illərdə (2020-2024) ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan, dərsə intizamı, sosial-ictimai fəallığı ilə seçilən Turqut Əfəndi, eyni zamanda, elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq 2 elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib.


BMU məzunu, həmçinin “Breyn rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO