Şagirdlərin məktəbdə mobil telefondan istifadəsi QADAĞAN EDİLMƏLİDİR?

Şagirdlərin məktəbdə mobil telefondan istifadəsi QADAĞAN EDİLMƏLİDİR?

Hazırda oxunan: Şagirdlərin məktəbdə mobil telefondan istifadəsi QADAĞAN EDİLMƏLİDİR?

204103

Məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək sosial şəbəkələrdə paylaşılması, telefon istifadəsi səbəbi ilə şagirdlərin dərslərindən yayınması müəllimlərin narazılığına səbəb olur. Bir çox məktəblərdə şagirdlərin telefondan istifadə etməsi qadağa olunsa da, bütün şagirdlərin buna əməl etdiyini deyə bilmirik.

Smartfonlar şagirdlərin təhsil həyatında hansı problemlərə yol açır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri bildirib ki, məktəbdə belə problemlərin yaşanmaması üçün ilk olaraq valideynlər diqqətli olmalıdırlar:
 

MÖVZU İLƏ BAĞLI:

Əvvəllər uşaqlar evə gəlmək istəmirdilər, indi evdən çıxmaq İSTƏMİRLƏR...


“Valideynlər şagirdlərə mobil telefon vermə kimi ənənələrdən müəyyən qədər uzaq olmalıdır. Bu kimi vasitələr şagirdin həm fikrini yayındırır, həm də internetə çıxışı olduğu üçün müəyyən zərərli informasiyaları görə bilirlər. Bu baxımdan xüsusilə valideynlər diqqətli olmalıdırlar. Telefon istifadəsi məktəb və şagird üçün problemdir. Birincisi, bu neqativ halların yaranmasına səbəb olur. İkincisi problemi kiçik auditoriyadan daha böyük auditoriyaya çıxarmaqla xeyli sayda şüuraltı təsirə, psixoloji xaosa gətirib çıxarır. 

Smartfonlar yeniyetmələri informasiya selində boğur. 

Artıq dünyanın bir çox ölkələrində, xüsusən, Avropa ölkələrində məktəblərdə telefon qadağası tətbiq olunub. Buna səbəb müasir dövrün sürətlə inkişaf edən, idarə olunması demək olar mümkünsüz olan texniki imkanlarının məktəblərdə şagirdlər arasında mənfi tendensiya yaratmasıdır. Bu səbəbdən şagirdləri artıq informasiya xaosundan xilas etmək, dərslə bağlı pedoqoji işin təşkili zamanı yaranan diqqət yayılmasının qarşısını almaqdan ötrü, ümumiyyətlə, bütün neqativ detalları önləməkdən ötrü məktəblərdə telefonlar qadağa olunur. 

Bu bəzi məktəblərdə müəyyən prinsiplər əsasında həyata keçirilir. Məsələn telefon qadağa olunan elə məktəblər var ki, orda telefonlar xüsusi bir yerə yığılır və yalnız böyük tənəffüslərdə məktəb tərəfindən təyin olunmuş texniki işçilərin nəzarəti ilə şagird öz telefonunu götürə və öz ailəsi ilə saxlaya bilir.

Bu gün məktəblərdə telefon qadağasını tətbiq edilməlidirmi?

“Mənim fikrimcə bəli. Artıq bir çox məktəblərdə bu həyata keçirilir. Biz orta məktəbdə oxuyanda çox nadirən hansısa şagirdin mobil telefonu var idi. Dünya dağılırdı? Təbii ki, yox. Sadəcə olaraq dövr özünün texniki tələblərini elə formalaşdırıb, insan psixologiyasını buna elə fokuslayıb ki, biz heç bir saatımızı belə telefonsuz, daha doğrusu, sosial şəbəkələrsiz və internetsiz təsəvvür edə bilmirik. 

Telefon sadəcə bir cihazdır. Onun sosial aləmlə, virtual dünya ilə rabitə yaratmaq imkanı  şagirdi əsirə çevirir. Dediyim kimi, biz həm nəzəri, həm də praktiki cəhətdən telefon qadağasını tətbiq edən bir neçə xarici ölkənin təcrübəsindən istifadə etməliyik”.

Çiçək Sadatova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO