Bəzi aviaşirkətlər Livana uçuşları dayandırdı

Bəzi aviaşirkətlər Livana uçuşları dayandırdı

Hazırda oxunan: Bəzi aviaşirkətlər Livana uçuşları dayandırdı

204023

Bir sıra xarici aviaşirkətlər İsrail Hərbi Hava Qüvvələrinin hücumları qorxusu ilə Beyrutun beynəlxalq hava limanına uçuşları dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Əl Jadeed ” telekanalına Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Həbib məlumat verib.

Bundan əvvəl Livanın milli aviaşirkəti “Middle East Airlines” iyulun 28-i axşamdan 29-u səhərədək Avropa və Yaxın Şərqdən Beyruta gecə reyslərini təxirə saldığını bildirib.

Livanın aviadaşıyıcısı saytında təxirə salınmanın səbəblərini açıqlamayıb. Şirkətin bildirişində bildirilir ki, London, Kopenhagen, Dammam, Ciddə, Doha və Dubaydan reyslərdə sərnişinlərə bronlarını bir dəfə pulsuz olaraq dəyişməyə icazə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO