Oğuzda ağır qəza: Sürücü yaralandı - FOTO

Oğuzda ağır qəza: Sürücü yaralandı - FOTO

Hazırda oxunan: Oğuzda ağır qəza: Sürücü yaralandı - FOTO

204018

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonun Padar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şahidləri və qəza yerinin ilkin tədqiqatından sonra bəlli olub ki, yağışlı hava şəraitinə baxmayaraq  Oğuz rayon sakini 34 yaşlı Nicat Məmmədəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşın yolun kənarındakı ağaca çırpılıb. 

Əslində isə sürücü səhlənkarlığı qəzanı qaçılmaz edib. Belə ki, maşın sürət həddini aşmaqla yanaşı, həm də ötmə qaydalarına riayət etməyib. 

Nəticədə sürücü Nicat Məmmədəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  hadisə şahidlərinin köməyi ilə  Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətinin ağır olması nəzərə alınaraq həkimlərin rəyi ilə müalicəsini Şəki Rayon Mərkəzi Xəstəxanasına davam etdirmək tövsiyyə edilib. 

Sürücü hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicəsini davam etdirir.  Faktla bağlı araşdırma aparılır.

 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO