Qərb bölgəsində günlərdir müşahidə olunan yağıntılı hava şəraiti növbəti fəsadlara səbəb olub.
Bizim.Media xəbər verir ki, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən və Göygöl rayonlarında leysan selə səbəb olub.
Sel suları ucqar kənd yollarına zərər vurub. Çaylar daşıb, sahələrə su dolub, əkin və biçənəklərə ziyan dəyib. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Xatırladaq ki, dağlıq rayonlarla yanaşı Gəncə şəhərində də leysan fəsadlarla səbəb olub, 30-a yaxın fərdi evin həyətinə yağış suları dolub, yollarda piyadaların və avtomobillərin hərəkətində qismən çətinlik yaranıb.
Bölgədə digər çaylarla yanaşı həmçinin Gəncəçay çayında da aramsız yağan yağışlar nəticəsində suyun səviyyəsi artıb.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:52 / 28.07.2024
Qərb bölgəsində çaylar daşdı, sahələrə su doldu - FOTO
Hazırda oxunan: Qərb bölgəsində çaylar daşdı, sahələrə su doldu - FOTO
Hazırda oxunan: Qərb bölgəsində çaylar daşdı, sahələrə su doldu - FOTO
204014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.