Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı dəfələrlə təxribata, aksiyaya çağıran şəxs terror ittihamı ilə həbs olunub. Böyük Britaniyanın ən tanınmış sağçı fəallarından olan Tommi Robinson terror ittihamı ilə saxlanılıb barəsində istintaq aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə müvafiq məlumat onun “X” sosial şəbəkəsindən yayılıb.
Məlumatdan aydın olur ki, o, terrorla mübarizə qanunlarına əsasən həbs edilib.
Qeyd edək ki, Tommi Robinson dəfələrlə Azərbaycanın Britaniyadakı səfirliyinə qarşı təxribata çağırışlar edib. Tommi Robinson bu ilin mayın 25-də Londonda yaşayan islamafob və irqçi qüvvələrin Holland Park ərazisində yerləşən Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında keçirdiyi aksiyalara dəstək olub, öz tərəfdarlarını bu akiyalarda iştirak etməyə çağırıb. Həmin qrupun iyulun 20-də keçirdiyi ikinci aksiyada isə “islamçı Azərbaycan tərəfindən xristian ermənilərin soyqırımına qarşı dünya xristianlarını birləşməyə” çağırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:32 / 28.07.2024
SON DƏQİQƏ: Londondakı səfirliyimizə qarşı təxribata çağıran şəxs həbs edildi
Hazırda oxunan: SON DƏQİQƏ: Londondakı səfirliyimizə qarşı təxribata çağıran şəxs həbs edildi
Hazırda oxunan: SON DƏQİQƏ: Londondakı səfirliyimizə qarşı təxribata çağıran şəxs həbs edildi
204007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.