Kürdəmir rayonunda iri tonnajlı yük avtomobili kanala aşdı - VİDEO

Kürdəmir rayonunda iri tonnajlı yük avtomobili kanala aşdı - VİDEO

Hazırda oxunan: Kürdəmir rayonunda iri tonnajlı yük avtomobili kanala aşdı - VİDEO

204003

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Sorsor kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı su kanalına aşması nəticəsində qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Mirzəyev Yasin Şəfaqət oğlunu xüsusi vasitələrin köməyi ilə xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO