Mehmandarovların Şuşadakı evindən FOTOLAR

Mehmandarovların Şuşadakı evindən FOTOLAR

Hazırda oxunan: Mehmandarovların Şuşadakı evindən FOTOLAR

203965

Xəbər verdiyimiz kimi, Bakı-Füzuli-Bakı reysi ilə bir qrup media nümayəndəsi Qarabağa gəlib.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində jurnalistlər Şuşada Mehmandarovların sarayında olublar.

Məlumat üçün bildirək ki, Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksi Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnib. Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirib. Şuşa işğal edildikdən sonra məscid də işğalçılar tərəfindən Geologiya Muzeyi kimi istifadə edilib. 2020-ci ildə Şuşa işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.

Musavat.com saytının Mehmandarovların evində hazırladığı fotoları sizə təqdim edirik.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO