Cəlilabadda bədbəxt hadisə: Evin tək övladı öldü

Cəlilabadda bədbəxt hadisə: Evin tək övladı öldü

Hazırda oxunan: Cəlilabadda bədbəxt hadisə: Evin tək övladı öldü

203963

Cəlilabad rayonunun Uzuntəpə kəndində 3 yaşlı uşaq 5 metr hündürlükdən yıxılaraq  ölüb.

Bizim.Media xəbər verir ki, Vahabov Cahid Cavad oğlu nəzarətdən yayınaraq qonşuluqdakı həyətə keçib, hündür pilləkanla qonşu evin ikinci mərtəbədə yerləşən açıq balkonuna çıxan uşaq burada müvazinətini itirərək yerə düşüb.

Uşağın yıxılmasını digər qonşu həyətdə olanlar görüb və dərhal hadisə yerinə gəliblər.  Xəsarət alan uşaq  təcili surətdə Cəlilabad rayon  Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını artıq ölüm baş verdiyi üçün xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həyatını itirən uşaq evin tək övladı olub.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO