Kürdəmirdə ağır yol qəzası: Xəsarət alan var - FOTO

Kürdəmirdə ağır yol qəzası: Xəsarət alan var - FOTO

Hazırda oxunan: Kürdəmirdə ağır yol qəzası: Xəsarət alan var - FOTO

203949

Kürdəmirdə ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, VAZ 2106 markalı avtomaşının sürücüsü İslamov Təyyar Rəhman oğlu Ucar istiqamətində hərəkətdə olarkən qarşısında dönmə əməliyyatı edən rayon sakini Xancanov Musa Əjdər oğlunun idarə etdiyi VAZ 2107 markalı avtomaşına çırpılıb.

Nəticədə VAZ 2107-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO