Tanınmış jurnalist Ədil Arifoğlu vəfat etdi - FOTO/VİDEO

Tanınmış jurnalist Ədil Arifoğlu vəfat etdi - FOTO/VİDEO

Hazırda oxunan: Tanınmış jurnalist Ədil Arifoğlu vəfat etdi - FOTO/VİDEO

203948

1-ci Qarabağ müharibəsini qanı bahasına lentə alan, erməni snayperinin açdığı atəşdən ölməyən hərbi jurnalist Ədil Arifoğlu bu səhər qəfildən vəfat edib.

Bu barədə informasiyanı Bizim.Media-ya açıqlamasında yazıçı Azər Qismət deyib.

O, hərbi jurnalistin ölümü haqda "Facebook" səhifəsində də yazıb və dünən çəkdiyi sonuncu fotosunu paylaşıb.

Qeyd edək ki, əslən İmişli rayonundan olan Ədil Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb. 

Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədən lentə alıb. 1994-cü ilin fevralında Füzulinin Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə düşmən snayperinin açdığı atəşlə boğazından güllə yarası alsa da, möcüzə nəticəsində sağ qalıb. Mərhumun şəxsi arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO