Ağadadaş Ağayevi döyən mühafizəçi məhkumluq həyatı yaşayıb - YENİ DETALLAR

Ağadadaş Ağayevi döyən mühafizəçi məhkumluq həyatı yaşayıb - YENİ DETALLAR

Hazırda oxunan: Ağadadaş Ağayevi döyən mühafizəçi məhkumluq həyatı yaşayıb - YENİ DETALLAR

203911

Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi ilə bağlı yeni detallar məlum olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, "MedEra" hospitalının mühafizəçisi, əvvəllər məhkumluq həyatı yaşayan Nurəddin Cəlilov "Vətən-N" Mühafizə Xidmətinin əməkdaşı olub.

Şirkət yoxlanış aparmadan şəxsi işə götürərək, qaydaları pozub.

O, üç aydır ki, "MedEra" hospitalında mühafizəni təşkil edirmiş.

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Ağadadaş Ağayev halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev klinikanın qarşısına gələrək əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO