“Tərtər işi” ilə bağlı müzakirələr bitmir. Bizim.Media-ya özəl müsahibə verən müstəntiq Hümmət Məmmədovun açıqlamaları və saytımıza təqdim etdiyi istintaq videoları ictimaiyyətdə rezonans doğurub.
MÖVZU İLƏ BAĞLI:
“Tərtər işi”nin müstəntiqindən ÖZƏL MÜSAHİBƏ - İSTİNTAQ VİDEOLARI
Ayrı-ayrı istintaq videolarında zərərçəkmişlərin ifadələrində dövlətə xəyanətə görə məhkum edilmişlərin düşmənlə məxfi əməkdaşlığından, onları necə satdıqlarından və fəaliyyətlərindən söz açılıb.
Təqdim edəcəyimiz videoda zərərçəkmiş əsgər dövlətə xəyanətə görə məhkum edilmiş komandiri Faiq Əhmədovla üzləşərək ifadə verir. Görüntülərdə öz növbəsində Faiq Əhmədovun etirafları əks olunur.
İstintaq materialları ilə bağlı fraqmentlərdən bir hissəsini təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media