Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərrüatı məlum olub.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisəyə səbəb xəsarət alan 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanovun Səidəni həyat yoldaşı kimi evə gətirməsi olub.
MÖVZU İLƏ BAĞLI:
Daşkəsəndə DƏHŞƏT: Gəlin qayınanasına balta ilə xəsarət yetirdi
Bundan sonrada qaynana ilə gəlin arasında mübahisə baş verib.
Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb.
Qeyd edək ki, zərərçəkən T. Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var.
Faktla bağlı müvafiq araşdırmalara başlanıb.
Bizim.Media