Qəbələdə evləri və təsərrüfatı su basdı – FOTO/VİDEO

Qəbələdə evləri və təsərrüfatı su basdı – FOTO/VİDEO

Hazırda oxunan: Qəbələdə evləri və təsərrüfatı su basdı – FOTO/VİDEO

203810

Qəbələnin Uludaş kəndində aramsız yağan leysan yağışları kənd sakinlərinə ciddi ziyanlıq vurub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son günlər yağan aramsız leysan yağışları Qəbələnin bir sıra yaşayış məntəqələrində fəsadlar yaradıb.

Belə ki, rayon ərazisindən axan Durcaçayda suyun səviyyəsi artıb. Nəticədə Uludaş kəndində sakinlərin təsərrüfatı, həyət-baca lilli su altında qalıb.
Kənd sakini Mübariz Mürsəliyevin sözlərinə görə, bu yaşayış məntəqəsində 2 min nəfərə yaxın insan yaşayır. Onların 80-ə yaxın fərdi təsərrüfatı var. İlk dəfədir ki, kəndi bu şəkildə sel basdığını deyən sakin sözlərinə onu da əlavə edir ki, son bir neçə gündə yağan intensiv yağışlar Durcaçayın daşması ilə nəticələnib. Əslində çay daşmayıb, kəndə ayrılan qolunda suvarma suyu bəndin qarşısının kəsilməməsi nəticəsində sel suları sakinlərin həyət bacasına, təsərrüfatlara dolub.

Hazırda rayon suvarma sistemləri idarəsinin müvafiq maşın və texnikası Durcaçay və Qalaçaylarında bəndlərin qarşısının alınması, eləcə də sel təhlükəsi olan hissələrdə bəndlərin qarşısını almaq istiqamətində iş aparır. Çaylarda suyun səviyyəsi yüksək olduğundan burada iş görmək bir qədər çətinlik yaratmasına baxmayaraq tədbirlər görülməkdə davam etdirilir.
 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO